Hər il 5 milyon 400 min nəfərə xidmət edirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Azərbaycan Gömrüyü: bu gün və sabahın çağırışları" mövzusund keçirilən seminarda deyib.
Onun sözlərinə görə, 26 illik fəaliyyəti dövründə Gömrük Komitəsi böyük və uğurlu yol qət edib:
"Media ilə əməkdaşlığımıza güvənirik. Ümid edirəm ki, çoxfunksiyalı gömrük qurumlarının gördüyü işləri işıqlandırmaq üçün sizlərə sərhəd-keçid məntəqələrində şərait yardılacaq. Media təmsilçiləri bu istiqamətdə gömrük orqanlarının fəaliyyətinə şahid ola biləcəklər. Jurnalistlər 3-4 sat ərzində hətta gömrükçü kimi çalışa bilərlər. Biz hər il 5 milyon 400 min insana xidmət edirik".
Mətbuat Şurasını rəhbəri Əflatun Amaşov çıxışında gömrük qurumlarının jurnalistlərə təşkil etdiyi maarifləndirici seminarların önəmindən söz açıb:
"Bir qrup jurnalistin bu seminarlara cəlb olunması onların bu sahədən daha peşəkar yazmasına şərait yaradacaq. Düşünürəm ki, bu, qurumun özü üçün də önəmlidir. Zənnimcə, gömrük postlarına səfərlər də diqqətdə saxlanılmalıdır. Xüsusilə Gürcüstan, İran istiqamətinə media turlarının təşkili daha yaxşı olardı".