13 İyun 2018 14:55
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Azərbaycan dövlət başçısı İlham Əliyevin növbəti səfərinə hazırlaşdığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Putin Kremldə İlham Əliyevlə görüş zamanı açıqlama verib:

“Avqustun 30-da baş tutacaq səfər zamanı ikitərəfli münasibətləri əsaslı və dərindən müzakirə edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.


Müəllif: Ruslan