28 Aprel 2014 00:37
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarkovda Ukraynanın birliyi tərəfdarları ilə separatçılar arasında baş verən qarşıdurma zamanı, ilkin məlumatlara görə, 14 nəfər yaralanıb.

Teleqraf.com-un "İnterfaks-Ukrayna"ya istinadən xəbərinə görə, bu barədə Xarkov vilayəti səhiyyə departamentinin direktoru Aleksandr Qalatsan bildirib.

"İlkin məlumatlara görə, "təcili yardım"la 8 nəfər xəstəxanaya gətirilib. 6 nəfərə isə hadisə yerində yardım edilib", - o, deyib.

Fidan


Müəllif: