Birləşmiş Ərəb Əmirlikləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır.
Teleqraf.com Ermənistan KİV-ə istinadla məlumat verir ki, bunu BƏƏ-nin İrəvandakı səfiri Yasim Məhəmməd əl-Qasımi deyib.
Ərəb diplomat münaqişənin diplomatik yolla həllinin bölgədə təhlükəsizliyin təmin edilməsi üçün ən ideal çıxış yolu olduğunu diqqətə çatdırıb:
“Biz Qarabağ və digər regional münaqişələrin də dinc yolla həll edilməsini istəyirik. Bütün münaqişələrin bu yollarla həll ediləcəyi günü gözləyirik”.