27 İyun 2018 13:57
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatınına (QDİƏT) sədrlik Azərbaycana keçib.

Sədrlik bu gün Yerevanda baş tutan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Ermənistandan Azərbaycana keçib.

Azərbaycan bu təşkilata 2018-ci ilin iyulundan dekabr ayına qədər sədrlik edəcək.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlətdən daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər