Azərbaycanın xalq artisti Faiq Ağayev ölkə ərazisində elektrik enerjisinin verilməsi ilə bağlı yaranmış problemə münasibət bildirb.
Teleqraf.com xəbər verir ki, yaranmış gözlənilməz vəziyyətə etiraz edən xalq artisti əhalinin elektrik enerjisi ilə təmin edilməsi üçün alnernativlərin vacibliyinə diqqət çəkib.
Faiq Ağayev qeyd edib ki, alternativ enerji mənbələri üçün ölkəmizin kifayət qədər potensialı var:
“Baş vermiş işıq kəsilməsi bizə dərs olmalıdır. Bol günəşli, küləkli, dənizi olan bir ölkədə alternative enerji mənbələrindən irimiqyaslı istifadəyə keçid etmək lazımdır. Bütün Azərbaycan bir Mingəçevirə ümidlidir. Bu strateji sahədə təcili dəyişikliklər edilməlidir”.
Qeyd edək ki, Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Hadisə nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.