9 İyul 2018 16:38
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı, xanım vətəndaşın üst paltarlarının altında, bədənin aşağı ətraflarında - bud nahiyələrinə yapışqanlı lentlə sarınmış vəziyyətdə 100 ədəd 10 ml-lik flakonda "Mydrax 1%" adlı - təsiredici maddəsi tropikamid olan dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tropikamid "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir və aşkar olunan 100 ədəd flakondakı məhlulun tərkibində tropikamidin təsiredici maddəsinin ümumi miqdarı 10,0 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər