18 İyul 2018 12:57
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan mediasını media sənayesi adlandırmaq olar və bu sənaye yalnız Cənubi Qafqazda deyil, regiondan kənarda da strateji resursa çevrilib".

Bunu Tbilisidə keçirilən 15-ci "Cənubi Qafqaz media konfransı"nda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanda 5 mindən artıq media resursu fəaliyyət göstərir və bu sahədə minlərlə insan çalışır: "Azərbaycanda media azadlığı tam təmin olunub və medianın inkişafı, azad və sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir".

H. Hacıyev qeyd edib ki, Tbilisidə keçirilən konfrans Azərbaycanın media sahəsində əldə etdiyi qabaqcıl təcrübəni bölüşmək baxımından əlverişli fürsətdir.


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər