28 Aprel 2014 11:17
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-da Suraxanı rayonunda müvəqqəti yaşadığı evdə yanaraq ölən baş redaktorla bağlı araşdırma başlanılıb.

Teleqraf.com-un məlumatına görə, Ağdam sakini Sadiq Soltanovun üzərinə benzin tökərək od vurulduğu müəyyən olunub. Onun cəsədi artıq doğulduğu Üçoğlan kəndinə aparılaraq torpağa basdırılıb. Polis hazırda 25 yaşlı gəncin hansı səbəbdən və kim tərəfindən qətlə yetirildiyini araşdırır.

“Mizan-tərəzi” qəzetinin baş redaktoru, 1989-cu il təvəllüdlü Sadiq Soltanovun adı qəzetin xanım əməkdaşını zorlamaqda hallanıb. Sevinc Rəhmanova (ad etik səbəblərdən dəyişdirilib -red.) adlı qadın S.Soltanovdan Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edib.

Sadiq Soltanovun qardaşı Namiq Soltanov hadisənin baş vermə səbəblərinin onlara məlum olmadığını bildirib: “Bildiyim odur ki, artıq ölüb. Nədən olduğunu hüquq-mühafizə orqanları araşdırır”.

S.Soltanov ailəli olub. Azyaşlı uşağı var.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-a bildirib ki, baş vermiş hadisə ilə bağlı qurumun rəsmi açıqlaması olacaq: "Gün ərzində məsələ ilə bağlı açıqlama yayacağıq".

Ruslan


Müəllif:

Oxşar xəbərlər