24 İyul 2018 13:49
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yunanıstanda baş verən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.

Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır", deyə XİN rəsmisi əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər