24 İyul 2018 17:29
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdadır.

Teleqraf.com xəbər verir ki, bir neçə dəqiqə öncə M.Çavuşoğlu Xarici İşlər Nazirliyinə gəlib. Nazirlikdə onu azərbaycanlı həmkarı Elmar Məmmədyarov qarşılayıb.

Hazırda nazirliyin binasında nazirlərin görüşü keçirilir. Əvvəlcə təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbut konfransı baş tutacaq.

Qeyd edək ki, bu, M.Çavuşoğlunun yenidən xarici işlər naziri təyin edilməsindən sonrakı ilk xarici səfəridir.


Müəllif: Səxavət

Oxşar xəbərlər