7 Avqust 2018 19:39
3 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945-ci ildə ABŞ-nın hərbi qüvvələri Yaponiyaynın Hiroşima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xalq artisti Faiq Ağayev deyib.

Sənətçi qeyd edib ki, bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir:

“Nəticədə “Bala” və “Gonbul” adlı nüvə bombaları bir anın içində yüz minlərlə adamın həyatına müdhiş, faciəvi son qoydu. Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir.

Eyni hal II Dünya Müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında baş verdi. Yəni, heç kim, heç bir bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır.
Əslində söhbəti özümüzə şamil etmək fikrindəyəm.

Gün gələcək, və biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi - Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq.

Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər. İndidən erməni ağuşuna hoppananlar üçün isə atalar yaxşı deyib, tələsən təndirə düşər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər