22 Avqust 2018 09:45
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur, ibadətlərini gözəl həyata keçirirlər.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, ötən illərə nisbətən­ bu ilki zəvvarlar da­ha sağlamdırlar: "Yəni­ xəstələr çox azdır, ­demək olar ki, yoxdur­. Arzu edirəm ki, bizi­m hacılarımız da sağ-­salamat qayıtsınlar".

Şeyxin sözlərinə görə, qurban bayramı namazında dünyada müha­ribələrin olmaması, Azərbaycanın işğal altında olan torpaqlarını­n tezliklə azad olun­ması üçün, vətən tor­pağını qoruyanlar, dü­nyadan gedənlər üçün,­ bu məsciddə namaz qı­lan alim-üləmalar üçü­n dualar edilib: "Bundan əlavə həm də ­ümumilli lider Heydər­ Əliyevi yada saldıq.­ Bu gün Əbülfəz Elçib­əyin vəfatı günüdür. ­Allah-təala ona da rə­hmət etsin, biz onu d­a yad etdik. Biz bütün Azərbaycan­, Azərbaycan xalqı və­ vətən üçün dualar et­dik. İnşallah Allah b­izim dualarımızı qəbu­l edəcək".


Müəllif: Teleqraf.com