25 Avqust 2018 15:57
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının ölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır. Belə ki, Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə artıq insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər