Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.
Teleqraf.com Prezident Administrasiyasının saytına istinadən məlumat verir ki, Emin Hüseynov və Xalid Əhədov Birinci vitse-prezidentin köməkçisi təyin ediliblər.
Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.