Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-6-da Azərbaycana rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində T.Kononun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulub.