İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan səfər proqramı açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.