21 Sentyabr 2018 00:35
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədlərində yaranmış gərginliyin dinc yolla həll olunacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin birgə heyətinin rəhbəri Anatoli Sidorov deyib.

Anatoly Sidorov bölgədə gedən prosesləri diqqətlə izlədiyini bildirib:

“Ermənistandan sərhədlərdə gərginliyin olması ilə bağlı KTMT-yə heç bir məlumat daxil olmayıb. Buna görə KTMT-nin güc potensialı vəziyyəti müəyyənləşdirilə bilməz. Ümid edirik ki, tərəflər özlərini öz problemlərini dinc yolla həll edəcəklər”.

Qeyd edək ki, ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisini bombaladığını iddia etmişdi.

O, həmçinin qeyd etmişdi ki, XİN bununla bağlı KTMT-yə müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu