6 Oktyabr 2018 11:18
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya gedib.

Səfərdə məqsəd Latviya Seyminə keçirilən seçkiləri müşahidə etməkdir.

Nümayəndə heyətinə MSK-nın üzvü Fuad Cavadov, MSK Katibliyinin müdiri Rövzət Qasımov daxildir.

Qeyd edək ki, Milli Məclisin deputatı Kamran Bayramov da Latviyada parlament seçkilərini izləyir.

Xatırladaq ki, bu gün Latviya Seyminə seçkilər keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər