8 Oktyabr 2018 22:40
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı yoxa çıxmış səudiyyəli jurnalist Camal Khaşoqinin ölkənin İstanbuldakı baş konsulluğunu tərk etdiyini sübut etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfəri zamanı jurnalistlərə deyib.

Ərdoğan bildirib ki, jurnalist konsulluğa nişanlısı ilə gəlib: "Lakin ora tək girdi. Çünki nişanlısını buraxmadılar. Jurnalist oradan çıxıb ya yox? Kim bunu sübut etməlidir? Niyə konsulluq əməkdaşları kameralardan görüntüləri təqdim etmirlər"?

Türkiyə prezidenti qeyd edib ki, məsələ ilə əlaqədar zəruri istintaq tədbirləri görülür, aeroportda bütün giriş-çıxışlar yoxlanılır.

Qeyd edək ki, “Anadolu” agentliyi jurnalistin Səudiyyə Ərəbistanının baş konsulluğunda qətlə yetirildiyi barədə məlumat yayıb. Konsulluq bunu təkzib edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər