NATO-nun “Qətiyyətli Dəstək” missiyasında xidmət edən qoşunların müntəzəm əvəzlənmə çərçivəsində bu yaxınlarda Əfqanıstana yola düşən Azərbaycan hərbi heyətinə uğurlar arzulayırıq.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ABŞ-ın Azərbaycandakı səfirliyinin “Feysbuk” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
Açıqlamada qeyd olunur ki, Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstandakı əməliyyatlarında iştirakı NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın mühüm tərkib hissəsidir. Səfirlik Əfqanıstanın dinc gələcəyinə doğru yönəldilmiş öhdəliyinə görə Azərbaycana təşəkkür edib.