16 Oktyabr 2018 14:35
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasda sonuncu məsələ “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbulu zamanı yetərsay olmayıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsinə cəmi 79 nəfər səs verib. Spiker Oqtay Əsədov yetərsayın olmamasına etiraz edib:

“Yetərsay yoxdur. Deyəsən, kofe, çay yerini bağlamalı olacağıq. Çoxlarının paxıllığı tutur, belə getsə, bağlanacaq. Məsələni bir də səsə qoyaq. İclas başlayanda dedim axı diqqətli olmaq lazımdır”.

Spikerin iradından sonra qanun layihəsi təkrar səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər