Bu gün ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki. Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edən C.Bolton dövlət başçısı ilə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizm, insan alveri, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə olunduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını diqqətə çatdıran ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli ABŞ üçün də mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Ermənistana səfər edəcəyini, məsələ ilə bağlı rəsmi Yerevanın da müvqeyi ilə tanış olacağını vurğulayan C.Bolton əlavə edib ki, ATƏT MQ-nin həmsədri kimi ABŞ, bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.