"Avtomobil yolları haqqında" qanun layihəsinə dəyişiklik edilib.
Teleqraf.com-un məlumatına görə, dəyişiklik Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.
Təklif edilən dəyişikliyə əsasən, yol təsərrüfatı orqanları hərbi vəziyyət rejiminin tətbiq edildiyi hallarda avtomobil yollarından istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər.
Mövcud qanun layihəsinə görə fövqəladə şəraitlər və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar istisna olmaqla hərəkətin məhdudlaşdırılması və ya dayandırılması, yeni hərəkət sxemi barədə avtomobil yollarından istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər.