12 Noyabr 2018 11:27
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Teleqraf.com-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından 5 ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 5 ədəd “metadon” həbləri aşkar edilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Müəllif: Aytən