13 Noyabr 2018 13:28
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri “Büdcə sistemi haqqında” Qanundan irəli gələn tələbləri, prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetlərini və sosial-iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirlərini nəzərə alınmaqla tərtib olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, büdcə sənədi yeni büdcə qaydasına uyğun hazırlanıb. Dövlət gəlirlərinin formalaşmasında neft gəlirlərindən diskal çərçivədə istifadəsi nəzərdə tutulub.

Nazir əlavə edib ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondaki iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır.

Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması, digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.

Samir Şərifov əlavə edib ki, yuxarıda sadalanan xarici mənşəli makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin qalxması və enməsi zamanı büdcənin daha dayanıqlı olmasını hədəfləyir.

İcmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilir.

Gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir. 2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq. Aqrar sektorun dəstəklənməsi davam edəcək. 2019-ci ildə bu sahəyə 835 milyon manat ayrılır. Kənd təssərrüfatı sahəsində vergi güzəştləri daha 5 il qüvvədə saxlanılacaq. Dövlət tərəfindənm kənd təsərrüfatına supsidiyalar 540 milyon manat olacaq. Kiçik və orta biznesə 30 milyon manat nəzərdə tutulub. Qeyri neft məhsullarının icracının stimullaşdırılması üçün 27 milyon manat nəzərdə tutulur. Turizimin inkişafı məqsədinə 63 milyon manat nəzərdə tutulur. Bütün bunlar sahibklarlığın aktivləşməsinə xidmət edir”.

Nazir söyləyib ki, 2019-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə 262 milyon manat ayrılıb ki, bu ötən illə müqayisədə 7 faiz çoxdur: “Şəhid ailələrinə birdəfəlik yardım üçün nəzərdə tutulan vəsaitin təmin edilməsinə 50 milyon manat ayrılıb. Əhalinin siyahıya alınamsı üçün 23 milyon manat, bələdiyyə seçkiləri üçün 54 milyon manat nəzərdə tutulub”.


Müəllif: Cavad

Oxşar xəbərlər