16 Noyabr 2018 17:13
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu 13-16 noyabr tarixlərində hökumət həmkarları və biznes liderləri ilə görüşmək üçün Bakı, Tiflis və İrəvana səfər ediblər. Bu ziyarət ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu idi.

Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

Nümayəndə heyəti suallara cavab verib və ABŞ-ın İranın şiddətli və stabilliyi pozan davranışını hədəf alan və İran rejiminin davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulayıb:

“Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər”.

Məlumatda qeyd olunub ki, ABŞ hökumətinin sanksiyaları haqqında ətraflı məlumat və onların icrası ilə bağlı ümumi suallara cavabları ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərin İdarəetmə İdarəsinin çox verilən suallar bölümünə daxil olmaqla tapmaq olar.

https://www.treasury.gov/resource-center/faqs/Sanctions/Pages/faq_iran.aspx


Müəllif: Səxavət

Oxşar xəbərlər