Kerç körfəzində baş verən insidentin ardından Rusiyanın Su-25 qırıcıları və Ka-52 hücum helikopterləri qaldırması ilə bağlı xəbərlər təsdiqlənib.
Rusiya mətbuatı Kerç körfəzi istiqamətində uçan Su-25 qırıcılarının videosunu yayıb.
Qeyd edək ki, Ukrayna Kerç boğazından 12 mil məsafədə, tapşırığı yerinə yetirib qayıdan 2 hərbi kater və bir yedək gəmisinə Rusiyanın hücum etdiyini, atəş açdığı və taran etdiyini bildirib. Bunun ardınca Ukrayna əraziyə "Gürzə" sinfindən iki hərbi artilleriya gəmisi göndərib.
Rusiya isə artıq Krım körpüsünü bağladığını və Kerç boğazına girişi blok etdiyini açıqlayıb.
Bundan öncə Ukrayna katerlərinə Rusiya gəmilərinin taranını əks etdirən video yayılıb. Ukraynanın bəzi media qurumları iki kater və bir yedək gəmisinin Rusiya hərbçiləri tərəfindən ələ keçirildiyini və yedəyə qoşularaq aparıldığını yazıb.