Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər.
Teleqraf.com rəsmi dövlət informasiya agentliyi – AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Səxavət