8 Fevral 2019 10:37
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir. Dövlət başçısı martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Bu barədə Teleqraf.com-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 2013-cü ildən etibarən keçirilən forumda dünyada sülh və təhlükəsizlik məsələləri müzakirə olunur. Forum Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda qlobal əhəmiyyətli siyasi və iqtisadi proseslərin müzakirə olunduğu nüfuzlu platforma kimi qəbul edilməkdədir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki forumun əsas müzakirə panelləri “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı” olacaq.

Foruma dünyanın 70-dən çox ölkəsindən 450 qonağın qatılması gözlənilir. Əfqanıstan prezidenti ilə yanaşı, forumda bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları iştirak edəcək. Tədbirə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimləri, tanınmış elm adamları da dəvət alıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər