Hazırda Azərbaycana 9 ədəd “bodyskan” (texniki nəzarət vasitəsi) gətirilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev deyib.
O bildirib ki, bu cihaz yaxın vaxtlarda ölkənin bütün beynəlxalq hava limanlarında quraşdırılacaq.
Sözügedən cihazın cənub sərhəd keçid məntəqələrində də quraşdırılması gözlənilir.