Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İsveçrənin “www.zeitung.ch“ internet portalında “Müharibəsiz dünya” başlıqlı məqalə yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, məqalənin girişində Beynəlxalq Strateji Araşdırmalar İnstitutuna istinadla hazırda dünyada 41 silahlı münaqişənin olduğu qeyd olunur.
Qafqaz regionunda baş vermiş münaqişələrə toxunan müəllif, Xocalı soyqırımının ən dəhşətli faciələrdən olduğunu, o hadisələri düşünərkən, ilk növbədə, insanlığa qarşı vəhşilik və amansızlığın xatırlandığını yazır. Məqalədə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibədə, xüsusən Xocalı faciəsi zamanı qətlə yetirilmiş, yaralanmış, girov götürülmüş və itkin düşmüş insanlardan bəhs olunur.