18 Mart 2019 14:48
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan həmvətənlərimiz Novruz bayramı ərəfəsində “Bahar qızları” aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, aksiyanın təşkilatçıları xanəndə Vüsalə Musayeva və jurnalist Tünzalə Rafiqqızıdır.

“Bahar qızları” aksiyası Almaniyanın Düsseldorf şəhərində baş tutub.

Jurnalist Tünzalə Rafiqqızının sözlərinə görə, aksiyaya maraq böyük olub:

“Aksiya iştirakçıları milli geyimlərdə idi. Əllərimizdə Novruz xonçaları vardı. Almanların aksiyamıza marağı böyük idi. Yaxınlaşıb Novruz haqqında məlumat alırdılar. Əl işlərimizi, şirniyyatlarımızı çox bəyəndilər. Yay tətilində Bakıya gedəcəklərini, milli geyimlərimizdən alacaqlarını deyənlər də oldu.

Hətta bir alman dedi ki, biz Azərbaycanı neft ölkəsi kimi tanımışıq, amma onun neftdən də böyük sərvəti - mədəniyyəti var imiş”.

Aksiyadan fotolar:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər