20 Mart 2019 14:17
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda Novruz bayramı münasibətilə şənlik keçirilib.

Rayon mərkəzində təşkil olunmuş bayram tədbirində Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edib.

O, azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edərək onlara cansağlığı, xoşbəxtlik, tərəqqi və əmin-amanlıq arzulayıb: “Novruz bayramı bahar bayramıdır. Siz bayramın qeyd olunması ənənəsini davam etdirirsiniz. Bahar münasibətilə sizi təbrik edirəm. Mən burada qonaq deyiləm, mən öz evimdəyəm. Çox xoşbəxtəm ki, bayramı sizinlə qeyd edə bilirəm. Adət-ənənələrin yaşadılması çox vacibdir və bu, Gürcüstanın ən güclü tərəflərindən biridir”.

S.Zurabişvili Novruz bayramı münasibətilə təşkil olunmuş xalq gəzintisində iştirak edib, bayramın adət-ənənələri, Bahar qızı və Kosa ilə tanış olub, yumurta döyüşdürüb və bayram tonqalını yandırıb.

El şənliyinə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər də qatılıblar. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər