29 Mart 2019 12:51
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən ölkə prezidenti yüksək səviyyədə müşavirə keçirdi. Həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə sübut etdi ki, dövlət və onun başçısı hər zaman xalqının yanındadır. Cənab prezidentin mövqeyini alqışlayıram.

Teleqraf.com xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxış edərkən deyib.

Deputat bildirib ki, İlham Əliyev 2003-cü ildə prezident seçiləndən bu günə qədər Azərbaycan xalqı ilə bərabər olduğunu daima nümayiş etdirib.

Fəzail Ağamalı “Diqlas”dakı yanğından danışarkən sığorta şirkətlərinin fəaliyyətinə də diqqət çəkib. “Mütləq deyil ki, bu cür hadisələr zamanı hər bir şeyi dövlət öz üzərinə götürsünr. Sadəcə, dövlətin funksiyaları çərçivəsində olmalıdır. İnkişaf etmiş ölkələrə nəzər salaq. Onlarda olduğu kimi Azərbaycanda da sığorta şirkətləri inkişaf etdirilməlidir. Ölkədə sığorta şirkətləri var. Lakin həmin şirkətlər inkişaf etməyiblər. Elə etməliyik ki, sığorta institutu formalaşsın. Belə hallar yarananda sığorta şirkətləri baş verən hadisələr zamanı itkiləri ödəyə bilsin”.


Müəllif: Cavad

Oxşar xəbərlər