"Seçimin sahibi Yüksək Seçim Kuruludur (Mərkəzi Seçki Komissiyası-red). İstanbul Böyük Bələdiyyə başqanı yazaraq sağa-sola getmənin, hava atmanın nə anlamı var? Gördüyüm qədər, bir səbrsizlik var. Sabah işlər bitsin, mandatını alsın, ilk mən təbrik edəcəm. Amma əksi olacaqsa qarşı tərəfdən də eyni addımı gözləyirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin hakim partiyasının İstanbul bələdiyyə başqanlığına namizədi Binəli Yıldırım deyib.
"İstanbullular bizə səs versə də, verməsə də hər bir həmşəhərlimin səsinin doğru yerə getiyini ortaya çıxarmaq mənim namus borcumdur. Bu millətin sinirini pozmağa haqqınız yoxdur. Bu millət siyasətdə bir-birinə rəqib ola bilər, amma buranı Venesuelaya çevirmək istəyənlərə qarşı xalq yumruq kimi birləşəcək. "Küçəyə çıxacağıq" xəbərdarlığı etməkdən vaz keçin. YSK-nın qərarını gözləyəcəksən. Ondan daha təcrübəli siyasətçi olaraq mənim məsləhətim budur".