Hesablama Palatasının təqdim etdiyi hesabatda kifayət qədər informasiya verilib. Biz bu nösanların aradan qaldırılması üçün qanunverici orqan kimi hərəkətə keçməliyik. Bu istiqamətdə lazımdırsa, hökumətlə əməkdaşlıq etməliyik və bu nöqsanlar aradan qaldırılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.
Millət vəkili Hesablama Palatasının irəli sürdüyü 21 təklifdən 13-nün qəbul edildiyini bildirib. O, digər təkliflərin havadan asılı qalmasını pisləyib: "Bu təkliflərin qəbul edilməməsinin səbəbləri aydın olmalıdır".
Hesablama Palatasının tərtib etdiyi hesabatı müvafiq qurumlara göndərdiyini xatırladan Q.Həsənquliyev təklif edib ki, Milli Məclis adından da bu hesabat Baş Prokurorluğa göndərilsin.