3 Sentyabr 2014 17:00
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək milli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri düzüb.

Səxavət


Müəllif: