16 Aprel 2019 01:00
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Səhiyyə Nazirliyi kişilərlə bağlı dəhşətli statistika açıqlayıb. Güclü cinsin nümayəndələrinin ölkə üzrə 4 milyonu reproduktiv sonsuzdur.

Teleqraf.com medicina.az-a istinadən bildirir ki, son 12 ildə kişilər arasında cinsi zəiflik və müxtəlif tip sonsuzluq faizi 70% artıb.

Bu səbəbdən Rusiyada kişi reproduktiv sağlamlığının qorunması üçün federal proqram və kişilər üçün mərkəzlərin yaradılması qərara alınıb.

Bundan əlavə kişilər öz sağlamlıqlarına qarşı məsuliyyətli deyil, müayinələrdən yayınır, erklən cinsi həyata başlayıb, infeksiyalardan qorunmur, gec evlənir və gec mərhələdə sonsuzluğu barədə xəbərdar olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər