Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir.
Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyası Şurasının növbəti iclasında və Böyük Vətən Müharibəsində Qələbənin 74 illiyinə həsr olunan tədbirlərdə iştirak edir.
Milli Məclisin sədri səfər çərçivəsində MDB PA-nın Şurasın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsinə qatılıb. Yığıncaqda MDB PA-nın ötənilki fəaliyyətinin nəticələri dinlənilənilib, Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə, sərhəd təhlükəsizliyi, auiditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə də baxılıb.
Əli Hüseynli çıxışında MDB PA-nın Sosial siyasət və insan hüquqları, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Elm və təhsil üzrə daimi komitələrinin iclaslarında müzakirə olunan məsələlərlə bağlı Azərbaycan tərəfinin mövqeyini açıqlayıb.
Qeyd edək ki, Milli Məclis sədrinin səfər çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulub./report/