Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri Lankada günahsız insanların ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktlarını pisləyib.
Teleqraf.com xəbər verir ki, XİN terror qurbanlarının ailələrinə və Şri Lanka xalqına dərin hüznlə başsağlığı verib, yaralıların qısa zamanda sağalmasını diləyib.
Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Sonra daha iki partlayışın törədildiyi açıqlanıb. İlkin açıqlamalara görə, hadisələr zamanı 160-dan çox insan həlak olub.