“Dövlət rüsumu haqqında” qanunun 32.1.1-ci maddədə qeyd edilir ki, məktəbəqədər təhsi müəssisələri üçün 3 min manat, 32.1.2-ci maddədə ümumtəhsil müəssisələri və 32.1.3 də bir daha qeyd edilir ki, məktəbdənkənar təhsil müəssisələri üçün lisenziya 7 min manatdır. Ancaq biz Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər etdik. Bilirik ki, Azərbaycanda birinci sinifə gedən şagirdlərin hamısı məktəbəqədər təhsillə əhatə olunmur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanunn layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Millət vəkili bildirib ki, məhz buna görə də məktəbəqədər təhsil müəssisələri vergidən azaddır: "Əgər biz həmin müəssisələri vergidən azad etmisiksə, məktəbəqədər təhsil müəssisələri üçün 3 min manar rüsum həddən artıq çoxdur. O cümlədən məktəbdənkənar təhsil müəssisələri üçün də 7 min manat böyük rəqəmdir. Mən ümumiyyətlə, bu qurumların rüsumlardan azad edilməsini təklif edirəm".
Q.Həsənquliyev əlavə edib ki, onun özü dəfələrlə məktəbəqədər təhsil müəssisələri açan iş adamlarına torpaq sahələri ayrılması və belə müəssisələrina açılamsı üçün güzəştli kreditlər verilməsi haqda çağırışlar edib: “İndi ölkə üçün vacib olan məktəbəqədər təhsil üçün lisenziyanın 3 min manat olması çox böyük rəqəmdir".
Deputat Musa Urud və Asim Mollazdə də çıxışı zamanı rüsumlara qarşı olduqlarını bəyan ediblər.
Təhsil komitəsinin sədri İsa Həbibbəyıli isə həmkarlarına qanunun 32.1.1 maddəsi istisna olmaqla, digər maddələri dəstəklədiklərinə görə təşəkkür edib: “Biz bu maddəni Təhsil Nazirliyi ilə bir daha müzakirə edərik”.