18 May 2019 16:17
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan nəinki bölgə ölkələri ilə müqayisədə, hətta bir sıra Avropa ölkələri ilə müqayisədə ictimai asayişin sabitliyinə və təhlükəsziliyinə görə nümunə göstəriləcək ölkədir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cinayətkarlıq Problemləri və Terrorizmlə Mübarizə Alt komitəsinin sədri, Ukrayna Ali Radasının İnsan Hüquqları, Milli Azlıqlar və Milli Münasibətlər Komitəsinin sədr müavini Georgi Loqvinski bildirib.

O deyib ki, Azərbaycan bir sıra parametrlərinə görə keçmiş SSRİ ölkələri arenasında fərqlənir və bunlardan biri də ictimai təhlükəsizlik məsələsidir: "Məhz bu səbəbdən Azərbaycanda müxtəlif millətlər rahat yaşayır, fəaliyyət göstərirlər”.

G.Loqvinski vurğulayıb ki, bu gün Azərbaycan enerji layihələrinə görə Avropa üçün strateji tərəfdaşdır: “Hesab edirəm, Avropada lazımi şəxslər bütün perspektivlər barədə düşüncələrini bunun üzərinə kökləməli, bu tərəfdaşlığa zərər verəcək nüanslara fikir verməlidirlər".

"Bu gün Azərbaycanın Ukrayna ilə da əlaqələri yüksələn xətt ilə inkişaf edir və bu, Azərbaycanın tərəfdaşlıq prinsiplərinə sadiqliyinə əsaslanır”, - komitə sədri diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər