21 May 2019 09:32
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni tvit atıb.

Teleqraf.com xəbər verir ki, o, belə bir fikri paylaşıb:

"Heç bir məlumatları olmadan ABŞ-ın İranla müzakirəyə getməyə çalışdığına dair çaşdırıcı açıqlama yayıldı. Bu, yanlış raportdur. İran hazır olanda bizi özü axtaracaq. Bu arada İran iqtisadiyyatı çökür - İran xalqı üçün çox pisdir!"

Qeyd edək ki, ABŞ-ın Fars körfəzinə hərbi gəmi göndərməsindən sonra bölgədə vəziyyət gərginləşdi. Ardınca Donald Trampın "İran müharibə istəyirsə, bu, onun birdəfəlik sonu olar. ABŞ-ı qətiyyən təhdid etməyin" mesajı gərginliyi bir az da gücləndirdi.

Trampın yeni mesajı gərginliyin artan xətlə davam etdiyini göstərir.


Müəllif: Mahir

Oxşar xəbərlər