24 May 2019 17:13
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 22-də Odessa bölgəsində, Tarutinski hərbi təlim sahəsində “Vilxa” raketləri növbəti dəfə sınaqdan keçirildi.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib.

Ekspert qeyd edib ki, “Vilxa” sisteminin iki yeni variantı – “Vilxa-M” və “Vilxa-R” sınaqdan keçirilib. Bu sistemlərin hədəfi vurma mənzili artırılıb.

Jiroxov bildirib ki, təqdim edilən yeni sistemlərin müştəriləri də məlumdur:

“Əldə etdiyim məlumata görə, Türkiyə “Vilxa” istehsalının genişləndirmək üçün bu proyektə pul yatırmağa hazırlaşır.

Lakin bu, türk ordusuna uyğun sistemlər deyil, çünki türk ordusunun bu raketləri istifadə edə biləcəyi MLRS “Smerç” sistemi yoxdur. Amma Rusiyadan sonra geniş “Smerç” flotuna sahib olan Azərbaycan var. Yəni, Azərbaycanın bu sistemlərə maraq göstərəcəyi ehtimalı yüksəkdir. Digər yandan, Bakı güclü raketlər almağı planlaşdırır”.


Müəllif: Mənsur Rəğbətoğlu