27 May 2019 16:05
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin yaz sessiyası baş çatır.

Teleqraf.com xəbər verir ki, sessiyasının sonuncu plenar iclası mayın 30-da və 31-də keçiriləcək.

Gündəliyə 26 məsələ daxildir.

İclaslarda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə yanaşı, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, Vergi, İnzibati Xətalar məcəllələrinə və s. qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

İyun ayında parlamentin növbədənkənar sessiya çərçivəsində iki plenar iclasın keçiriləcəyi nəzərdə tutulur.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər