31 May 2019 12:55
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il iqtisadiyyat üçün uğurlu olub. İqtisadi amillərin dəyişkənliyi bəzi ölkələrin büdcəsinə təsir göstərib. Neftin qiymətinin artması 2018-ci ildə müsbət şərait formalaşdırıb.

Teleqraf.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə çıxışı zamanı deyib.

Palata sədri əlavə edib ki, 2018-ci ilin dövlət büdcəsi milli valyutanın məzənnəsinin sabitliyi çərçivəsində icra edilib. Habelə qonşu ölkələrdə devalvasiya qeydə alınsa da, manat stabil dinamika nümayiş etdirib.

Qeyd edək ki, “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilir ki, 2018-ci ildə inflyasiya proqnozlaşdırılan səviyyədən aşağı olub, qiymət artımı tempinin səngiməsinin əsas səbəbi əvvəlki 3 ildən fərqli olaraq, 2018-ci ildə inflyasiyanın təkanverici determinantları arasında manatın məzənnəsinin dominantlığının aradan qalxması olub. Hesabat ilinin yanvar-dekabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% inflyasiya qeydə alınıb. 2018-ci il büdcə zərfinə daxil olan məlumatlara görə inflyasiya 6,1% nisbətində proznozlaşdırılıb.

Göründüyü kimi, inflyasiya göstəricisi proqnoz və gözlənilən rəqəmlə müqayisədə müvafiq olaraq 3,8 və 0,8 faiz bəndi az olmuşdur.

Palatanın rəyində dövlət borcları haqqında qeyd edilir ki, 2018-ci il dövlət büdcəsində bu məqsədlə 2 262 777,5 min manat məbləğində vəsait nəzərdə tutulub, il ərzində mərkəzi icra hakimiyyəti orqanı tərəfindən 27200,0 min manat azaldılaraq 2235577,5 min manat müəyyən edilib və 100% səviyyəsində icra edilib. İcra edilmiş məbləğ 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 47,7% çox olub.

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin xüsusi çəkisi 2018-ci il dövlət büdcəsi xərclərində 9,8 %, dövlət xidmətləri xərclərində 63,4 faiz olub.


Müəllif: Cavad

Oxşar xəbərlər