10 İyun 2019 08:05
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

Teleqraf.com-un məlumatına görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da keçiriləcək.


Müəllif: Teleqraf.com