Milli Məclis “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələri ikinci oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihələr uyğunlaşma xarakteri daşıyır. Komitə sədri qanunun səsə qoyularaq qəbul edilməsini təklif edib.
Deputatlar qanun layihələrini əsas olaraq qəbul ediblər.
Həmçinin “Hesablama Palatası haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə qəbul edilib.