Milli Məclisin növbədənkənar iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov 15 iyun Qurtuluş Günündən danışıb.
Spiker qeyd edib ki, sabah Azərbaycan Qurtuluş Gününü qeyd edəcək:
“1993-cü ilinhadisələrindən uzaqlaşdıqca Heydər Əliyevin qədir-qiyməti daha çox bilinir. Həmin dövrdə Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək, Azərbaycan qardaş qırğını ərəfəsində idi. Bu ağır günlərdə müdrik Azərbaycan xalqı dahi oğlu, ümumilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə qardaş qırğını aradan qaldırıldı, müasir Azərbaycan dövlətinin istiqamətləri müəyyən olundu”.
Deputatlar spikerin çıxışını alqışlayıb.